Füzuli ilə Şuşanı birləşdirən yeni yol | VİDEO

   Füzuli ilə Şuşanı birləşdirən yeni yol    |  VİDEO
  06 İyul 2025    Oxunub:1275
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir. Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir.

Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir.


Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov "Azərtac"a bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu layihəsi beynəlxalq yol federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyasında qalib elan edilib.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.


Teqlər: Böyük-Qayıdış   Yol  



Xəbər lenti